Modern.az

Keçmiş diktatorun oğlu məhkəməyə çıxarılır

Keçmiş diktatorun oğlu məhkəməyə çıxarılır

28 Avqust 2013, 11:25


Liviyanın Baş Prokrorluğu bildirib ki, Müəmmər Qəddafinin oğlu Seyf Əli İslam 19 sentyabrda Tripoli məhkəməsinin birinci instansiyasında dindirələcək. Modern.az xarici mətbuata istinadən bildirir ki, müttəhimlər kürsüsündə həmçinin köhnə rejimin xüsusi sidmət orqanın rəhbəri Abdulla əs Senusi də olacaq. 27 avqust tarixində Seyf Əli İslam kimi o da cinayətdə ittiham olunurdu.

Qeyd edək ki, oğul Qəddafi 2011-ci ilin noyabrında keçmiş müxalifətçilər tərəfindən tutulub və həmin vaxtdan etibarən həbsdə saxlanılır.  Liviya hökuməti Seyf Əli İslamı 2011-ci il “17 fevral inqilabı”nda baş vermiş hərbi cinayətlər üzrə ittiham edir. Beynəlxalq Məhkəmə isə onu insanlığa zidd hərəkətlər üzrə ittiham edir və onun Haaqada məhkəmə prosesinin keçrilməsinə nail olmaq istəyir. Hökumət isə bundan imtina edərək, onun vətənində ittiham olunmasını istəyir, burada isə ona ölüm hökmü oxuna bilər.  

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır