İslandiyada vulkan nəticəsində havaya qalxan kül bulud yaradaraq cənub və şərq hissəsində hərəkət edir.
Modern.az BBC-yə istinadla xəbər verir ki, bir çox Avropa ölkəsi uçuşlara qadağa qoyub. Almaniya ilə Polşa bu səhər hava limanlarının çoxunu bağlayıb.
Avstriya ilə Litvanın da hava limanlarını bağlayacaqları gözlənilir. Bir sözlə, Atlantik Okeanı ərazisindən tutmuş Rusiya sərhədlərinə, Alp dağlarından Şimal Buzlu Okeana kimi hava məkanları bağlı qalmaqdadır. Qitə boyunca uçuşların yarısının ləğv ediləcəyi təxmin edilir. Amma bəzi ölkələr məhdudiyyətləri ləğv etməyə nail olub. Alimlər deyirlər ki, vulkan püskürməsi bir neçə gün davam edə bilər. Amma indi havaya atılan külün həcmi azdır. Avropada uçuşların təxirə salınması "Azal" şirkəti və onun sərnişinlərinə də təsirsiz ötüşməyib.