Amerikada andlılar məhkəməsi mayor Nidal Həsənlə bağlı qərar qəbul edib. 2009-cu ildə Texas ştatındakı Fort-Hud hərbi bazasında 13 hərbçi yoldaşını güllələyən N.Həsən ölüm hökmünə məhkum edilib. Hərbçilərdən seçilən 13 nəfər andlı məhkəmə iştirakçısı 2 saatlıq müzakirələrdən sonra yekdilliklə bu haqda qərar çıxarıb.
Sonuncu dəfə hərbçinin ölüm hökmünə məhkum edilməsi Amerikada 1961-ci ilə təsadüf edir. Xatirldaq ki, 42 yaşlı N.Həsən tabeliyindəki silahla İraqa yola düşəcək amerikalı əsgərlərə qarşı atəş açıb. 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən hadisənin səbəbi kimi Nidalın İraq müsəlmanlarına kömək üçün bu addımı atdığını bildirib.