Modern.az

Dərviş Əroğlu Kıprısın yeni prezidenti oldu

Dərviş Əroğlu Kıprısın yeni prezidenti oldu

Təhsil

19 Aprel 2010, 09:34

 

Şimali Kıprıs Türk Cümhuriyyətində keçirilmiş prezident seçkilərində indiki baş nazir Dərviş Əroğlu qalib gəlib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, seçki bülletenlərinin 95 faizinin  hesablanmasından sonra məlum olub ki, kıprıslı seçicilərin 50,3  faizi Əroğluna səs verib. Onun seçkidə başlıca rəqibi olmuş indiki prezident Mehmet Əli Tələt isə 42,8 faiz səs toplayıb. Milli Birlik Partiyasının lideri  Əroğlu seçkilərin nəticələrinin elan olunmasından sonra verdyi ilk açıqlamada bəan edib ki,  yunan icması ilə danışıqlar davam etdiriləcək.    “Ana vətən Türkiyə  ilə işbirliyi içində müsbət razılaşma əldə olunması üçün səylər göstərəcəm”,-deyə Əroğlu bildirib. Tələtin prezident seçkilərində məğlub olması səbəbinə gəlincə qeyd olunur ki, yunanlarla 18 aydır ki, davam edən danışıqlar prosesində hər hansı proqres əldə olunmayıb.  

 

Bir sıra təhliçilər isə hesab edir ki, Əroğlunun prezident seçilməsi adanın türk və yunan icmaları arasında BMT vasitəçiliyi ilə aparılan danışıqlar prosesini dondura bilər.  Seçkilərin nəticələri həm də Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsinə də təsir edəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi