Modern.az

Ülvira Qarayeva Xoşqədəm Hidayətqızının “Səni axtarıram”ına alternativ veriliş açır - AÇIQLAMA

Ülvira Qarayeva Xoşqədəm Hidayətqızının “Səni axtarıram”ına alternativ veriliş açır - AÇIQLAMA

Qarabağ

30 Avqust 2013, 19:41


ANS-in aparıcısı Ülvira Qarayeva yeni proqramla efirə qayıdır. Modern.az saytının xəbərinə görə, tanınmış aparıcı yeni telemövsüm üçün təqdim edəcəyi layihənin anonsunu verib. Bu haqda açıqlamasında Ü.Qarayeva doğmalarını axtaran şəxslərlə bağlı teleproqramın aparıcısı olduğunu qeyd edib.

“Kimisə axtarırsız? Bizə zəng vurun, sizi axtardığınıza qovuşduraq! ANS-də yeni mövsümdə yeni layihə! Gözüm yolda”-deyə Ü.Qarayeva bildirib.

Qeyd edək ki, analoji teleyaihə Xoşqədəm Hidayətqızının təqdimatında ATV-də yayımlanır. U.Qarayeva yeni verilişin formatı barədə danışmayıb.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır