Modern.az

İsa Qəmbər: “Böyüyəndə bildik ki, anam 1 sentyabrda niyə bizə plov bişirirmiş…” - FOTO

İsa Qəmbər: “Böyüyəndə bildik ki, anam 1 sentyabrda niyə bizə plov bişirirmiş…”  - FOTO

1 Sentyabr 2013, 18:05


1 sentyabr tarixi keçmiş dönəmlərdə yeni dərs ilinin başlandığı gün kimi yaddaşlarda qalıb. Yaşlı və orta nəslin nümayəndələri bu gün sosial şəbəkələrdə paylaşdıqları statuslarda 1 sentyabrla bağlı xatirələrini, tarixə qovuşan ötən günləri kövrək notlarla yada salıblar.

Modern.az-ın məlumatına görə, 1 sentyabrla bağlı xatirələrini bölüşənlərdən biri də müsavat başqanı İsa Qəmbərdir. O da Facebook sosial şəbəkəsində mərhum valideynləri ilə bağlı təəssüratlarını bölüşüb. İ.Qəmbər 1 sentyabr tarixinin həm də anası Tahirə xanım və atası Yunis Qəmbərov üçün özəl günlərdən biri olduğunu qeyd edib.

”Hər il sentyabrın 1-də anam əla plov çəkirdi, axşam evdə ailə məclisi qurulurdu, valideynlərim, bacı-qardaşlarım. Uşaq vaxtı məclisin səbəbini soruşanda anam təbəssümlə deyirdi ki, dərs ilinin başlanması münasibəti bizə plov bişirib. Böyüyəndə bildim ki, 1 sentyabr valideynlərimin evləndikləri gün imiş”-deyə İsa Qəmbər 1 sentyabr tarixi haqda bildirib.


A.Qorxmaz  

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi