Fransa beynəlxalq terrorçu Üsamə bin Ladenin oğlu Üsamə bin Ömərə ölkəyə giriş üçün viza verməkdən imtina edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, kiçik Laden Parisdə “Əl-Qaida” terror təşkilatının liderinin ailəsinə həsr olunmuş kitabın təqdimatında iştirak etmək istəyirdi. Fransanın “Denoel” nəşrinin nümayəndəsi Parisdə bildirib ki, Şengen ölkələri viza təqdim olunması barədə bin Ladenin oğlunun xahişini təmin etməyib. “Aş-Şark al-Ausat” qəzetinin məlumatına görə, hazırda Misirdə yaşayan Ömər atası barədə yazılmış kitabın
prezentasiyasında iştirak etmək istəyib. Bin Laden ailəsi barədə kitab beynəlxalq terrorçunun 4-cü oğlu Ömər və onun anası bin Ladeninin 5-ci arvadı, Suriyada yaşayan Nacvə Qanenin dili ilə amerikalı qadın yazıçı Cin Sesson tərəfindən qələmə alınıb.
“Aş-Şark al-Ausat” qeyd edir ki, kitabda terrorçunun ailəsindən danışılır. Qeyd edək ki, Ömər öz adından və qardaşları adından atasının terrorçuluq fəaliyyətlərindən uzaqlaşıb. O, hətta yer üzündə sülh naminə BMT-də işləmək arzusunu da dilə gətirib.