Modern.az

Azərbaycanda 6500-dən çox abidə pasportlaşdırılacaq

Azərbaycanda 6500-dən çox abidə pasportlaşdırılacaq

Təhsil

19 Aprel 2010, 14:03

Aprelin 19-da Müzey Mərkəzdə tarix və mədəniyyət abidələrinin qorunmasına dair konfrans keçirilib. Modern.az xəbər verir ki, konfransda çıxış edən mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev bildirib ki, hər il 18 aprel bütün dunyada eyni zamanda Azərbaycanda Beynəlxalq Abidələr günü kimi qeyd olunur. Onun sözlərinə görə, 2009-cu ildə Azər baycan da memarlıq abidələrin qorunması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Ə.Vəliyev deyib ki, Azərbaycan Respublikasında tarixi abidələrin sonuncu siyahıya alınması ilə əlaqədar 2001-ci ildə Nazirlər Kabineti siyahı təsdiq edib. Həmin siyahı ilə 6543 tarixi abidə qeydə alınıb. Onların arasında dunya əhəmiyyətli, ölkə əhəmiyyətli, yerli əhəmiyyətli abidələr mövcuddur. Ə.Vəliyev deyib ki, 2008-ci ildə ölkə başçısının yenidən imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində sonralar tapılmış, kəşf edilmiş tarixi abidələr qeydə alınmalı və onlar siyahıya salınmaslıdır. “Biz bu ilin sonuna qədər siyahıya alınma işlərini yekunlaşdıracağıq”.

Nazir müavini deyib ki, tarixi abidələrin paspotlaşması ilə bağlı  6500 abidənin qısa bir zamanda pasportlaşması mumkun deyil.

Mail Ağaxanov

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi