Modern.az

Putin Moskvada Sərkisyanla Qarabağ məsələsini müzakirə edəcək

Putin Moskvada Sərkisyanla Qarabağ məsələsini müzakirə edəcək

Dünya

2 Sentyabr 2013, 18:26

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putinlə erməni prezident Serj Sərkisyanın gözlənilən görüşünün bəzi məqamlarını açıqlayıb. Modern.az rus mətbuatına istinadən verdiyi xəbərə görə, Uşakov açıqlamasında bildirib ki, prezidentlərin görüşündə Vahid Gömrük İttifaqı və eləcə də Vahid İqtisadi Məkanla bağlı məsələlər müzakirə olunacaq.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin erməni həmkarı Serj Sərkisyanla Moskvadakı görüşündə Gömrük İttifaqı və Rusiya, Qazaxıstan, Belarusun təşkil etdiyi Vahid İqtisadi Məkanla bağlı münasibətlərin prespektivini müzakirə edəcək”.

Çərşənbə axşamı baş tutacaq görüşdə prezidentlər həmçinin siyasi, iqtisadi-ticarət, energetika və humanitar sahələrdəki əməkdaşlığı da müzakirə edəcəklər.

Rusiyanın Ermənistanın ən böyük ticatər partnyoru olduğunu qeyd edən Uşakov görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunacağını bildirib.

“Cənubi Qafqazada sabitlik və təhlükəsizliyin də əsas müzakirə mövzularından olacağını güman edirik. O cümlədən Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır