Modern.az

Karantinə alınan təhsil müəssisəsi yoxdur - Emin Əmrullayev

Karantinə alınan təhsil müəssisəsi yoxdur - Emin Əmrullayev

Təhsil

1 Noyabr 2023, 13:20

"Bu gün ölkədə yoluxucu xəstəliklə bağlı karantinə alınan təhsil müəssisəsi yoxdur".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, kütləvi yoluxma halı olsa, aidiyyəti qurumlarla birgə qərar qəbul edilir:

 

"Xəstəliyin karantin müddəti bitdikdən sonra müəssisə fəaliyyətini bərpa edir. Mümkün olduğu təqdirdə isə distant təhsilə keçid edilə bilər. Çünki pandemiya dövründə bu təcrübə formalaşıb. Müxtəlif səbəblərdən belə qərarlar verilə bilər. Bildiyim tək fakt Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada qeydə alınmışdı. Bu gün həmin təhsil müəssisəsindən başqa belə fakt olmayıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi