Modern.az

Bəşər Əsədin yeni xəbərdarlığı: “Barıt çəlləyi partlayanda xaos yaranacaq”

Bəşər Əsədin yeni xəbərdarlığı: “Barıt çəlləyi partlayanda xaos yaranacaq”

3 Sentyabr 2013, 00:31

/file/articles/2013/09/03/88432.jpg
Dünyanın bütün diqqətinin Suriyaya yönəldiyi və bu ölkənin taleyi barədə bədbin proqnozlar verildiyi bir zamanda Bəşər Əsəd növbəti dəfə kritik açıqlama verib. Modern.az-ın məlumatına görə, Fransanın “Le-Figaro” qəzetinə müsahibə verən Suriya dövlət başçısı vurğulayıb ki, ölkəsinə qarşı ediləcək hərbi müdaxilə sonrası ortaya çıxa biləcək durumun müzakirəyə çıxarılması daha vacibdir. Suriya lideri qeyd edib ki, ölkəsinə müdaxilə zamanı ortaya çıxa biləcək nəticələr haqqında kimsə nikbin proqnoz verə bilməz.

“Barıt çəlləyi partladığı zaman cəmiyyət idarə etmə funksiyasını itirəcək, ölkədə xaos yaranacaq”-deyən B.Əsəd bu situasiyanın bölgədə yeni müharibə ocaqlarının yaranmasına gətirib çıxara biləcəyini söyləyib. B.Əsəd həmçinin Fransanın ölkəsi ilə bağlı tutduğu mövqeyə də toxunub. O deyib ki, üsyançılara maddi və hərbi yardımın göstərilməsini həyata keçirənlər Suriya xalqının düşmənidir. O qeyd edib ki, Fransa Suriya ilə bağlı mövqeyini dəyişsə, iki ölkə arasında düşmənçiliyə son qoyular. Ərəb lider hökumətin üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyi ilə bağlı iddiları da rədd edib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir