Dünyanın sonu gəldimi? Amerkalılar hər ehtimala qarşı zirzəmilər almağa başladı. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikada yeraltı bunkerlərin satışına başlanılıb. Yeraltı bunker və zirzəmilər tikintisi ilə məşğul olan Vivos şirkəti qeyd edir ki, yeraltı beton sığınacaqlar asteroid zərbəsi, atom bombası partlayışı, kimyəvi və ya bioloji hücumu, digər təbii fəlakətlərin qarşısını ala bilər. Bunker 700 dərəcə istiliyə, 700 km|saat küləyin sürətinə və 10 bal qədər zəlzələyə davamlıdır. Bunkerlər 20 gün ərzində su buraxmama qabiliyyətinə malikdir. Bu cür bunkerlər insanları radiasiya şüalanmasından qoruya bilər. Bunkerlərin satış qiyməti isə 10 milyon dollardan başlayır.