|
Modern.az-ın məlumatına görə, bu gün “Trend” İnformasiya Agentliyinin mətbuat mərkəzində "Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbının ingilis dilində ("Victimized by the Armenian occupation - Baganis Ayrim") təqdimatı keçirilib.
Kitab millət vəkili Qənirə Pаşаyеvа və Аkif Аşırlının müəllifliyi ilə çap edilib.
"Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitаbı еrməni silаhlı birləşmələrinin rus оrdusunun köməyi ilə 1990-cı il mаrtın 23-dən 24-nə keçən gecə Qаzах rаyоnunun Bаğаnıs Аyrım kəndində törətdikləri sоyqırım fаktlаrındаn bəhs еdir.
Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, kitabın çap olunmasında məqsəd beynəlxalq ictimaiyyət nümayəndələrini ermənilərin tək Dağlıq Qarabağı deyil, Azərbaycanın digər regionlarını da, həmçinin Qazax rayonunu əhatə edən işğalçı siyasəti barədə məlumatlandırmaqdır.
"Kitab vasitəsiylə dünyaya Bаğаnıs Аyrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, erməni silahlı qüvvələri sadəcə Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər. Lakin erməni silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni vandalizmi konkret fotomateriallarla sübut olunur, bəzi cinayətkarların adı təqdim olunur".
Millət vəkili Q.Paşayeva qeyd edib ki, kitabda, eyni zamanda, Bаğаnıs Аyrım soyqırımının şahidlərinin, ailəsi soyqırıma məruz qalanların ifadələri də yer alıb.
Q.Paşayeva onu da əlavə edib ki, kitab yaxın zamanda rus və ərəb dilinə də tərcümə olunacaq.
"Еrmənilərin törətdiyi sоyqırımın qurbаnı - Bаğаnıs Аyrım" kitabının digər müəllifi Akif Aşırlı isə bildirib ki, bu kitab erməni yalanına qarşı cavab olacaq.
Hər il 24 aprel tarixi ərəfəsində erməni lobbisi dünyanın müxtəlif ölkələrində "uydurma soyqırım"ın tanıdılması istiqamətində təşviqat aparır. Bu, onların yalanlarına qarşı cavab olacaq.
Qeyd edək ki, kitabın baş məsləhətçisi isə Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.