Modern.az

Qırğızlar rusları qovur

Qırğızlar rusları qovur

Təhsil

19 Aprel 2010, 15:28

Qırğızıstandakı hadisələr təhlükəli xarakter almağa başlayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakiyevi hakimiyyətdən devirən narazı kütlə indi də ölkədə yaşayan ruslara  qarşı dözümsüzlük nümayiş etdirməkdədir. Yayılan məlumatlara görə,  artıq proseslərin milli zəmində toqquşmalara keçmək riski var. Ruslara qarşı hücumlar intensivləşib, onlara məxsus evlər talan olunur. Qırğızlar açıq şəkildə rusları hədələyərək onlardan ölkəni tərk etmələrini  tələb edirlər.

“İnterfaks” agentliyinin məlumatına görə, bu gün səhərdən minə yaxın əli dəyənəkli kütlə Qırğızıstan paytaxtına daxil olub. Onlar yollarında rast gəldikləri milis maşınlarını aşırıb, rusların evlərinə basqın edərək onlara hədə-qorxu gəliblər.  Milis qüvvələri ilə qarşıdurma gedişində 2 nəfər həlak olub, onlarla yaralananlar var.

 

Modern.az-ın ən son məlumatına görə, Bişkəkə daxil olan kütlə hökumət binasını ələ keçirməyə cəhd edib.   

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi