Modern.az

ABŞ konqresmenləri Obamanın Suriyaya hücum planını dəstəkləyiblər

ABŞ konqresmenləri Obamanın Suriyaya hücum planını dəstəkləyiblər

4 Sentyabr 2013, 00:21
 

ABŞ-ın nüfuzlu qanunvericiləri gələn həftə Suriyaya hərbi müdaxilə ilə bağlı səsvermə zamanı prezident Barak Obamaya dəstək verəcəklərini bildiriblər.
 
Modern.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, Konqresin Nümayəndələr Palatasının spikeri Con Beyner və Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi Ağ Evdə prezident Obama ilə görüşdən sonra açıqlama veriblər.
 
Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının lideri olan Beyner bildirib ki, Birləşmiş Ştatlar suriya prezidenti Bəşər Əsədi dayandırmaq qabiliyyətinə malikdir və kimyəvi silahlardan istifadə məsələsində güzəştə gedilməyəcəyi haqda xəbərdarlıq göndərməlilidir.
 
Barak Obamanın mənsub olduğu Demokrat Partiyasının Nümayəndələr Palatasında lideri olan Pelozi isə deyib ki, Suriyanın kimyəvi silahlardan istifadə etməsi sivil davranış qaydalarından kənar bir hərəkətdir. O, Birləşmiş Ştatların buna cavab verməli olduğunu bildirib.
 
Suriya hökuməti hərbi qüvvələrin kimyəvi silahlardan istifadə etməsini rədd edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?