TürkPA ofisində Qazaxstan parlamentinin deputatları, MDB Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü İmankulov İdelbay və ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kosməmbetov Tulebek ilə görüş keçirilib.
TürkPA-nın beynəlxalq parlament diplomatiyası sahəsində göstərdiyi fəaliyyət, Azərbaycan-Qazaxstan, Azərbaycan-Türkiyə parlamentlərarası əməkdaşlığında oynadığı rol, beynəlxalq parlament təşkilatlarlarında birgə fəaliyyət sahəsində koordinativ bir qurum kimi həyata keçirdiyi iş barədə qonaqlara məlumat verən baş katib Ramil Həsənov,həmçinin gələcəkdə nəzərdə tutulan planlar barədə söhbət açıb. Qonaqlar TürkPA-nın bundan sonrakı fəaliyyətində də Qazaxstanın hərtərəfli dəstək verəcəyini, beynəlxalq parlament təşkilatları olan MDB PA və ATƏT PA kimi təşkilatlarla TürkPA-nın qarşılıqlı əlaqələrini möhkəmlənməsi üçün dəstək verəcəklərini qeyd ediblər.
Görüşdə, Qazaxstan Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Baqıt Abılqazın, TürkPA baş katibinin müavini, Türkiyə Respublikasının qurumdakı səlahiyyətli nümayəndəsi Kürşat Melih Sarıarslan və baş katibinin müavini Qazaxstan Respublikasının qurumdakı səlahiyyətli nümayəndəsi Mels Semqaliyev iştirak edib. Sonda qonaqlara qiymətli hədiyyələr təqdim olunub.
Modern.az