Modern.az

8 avtomobildən oğurluq edən şəxs saxlanıldı

8 avtomobildən oğurluq edən şəxs saxlanıldı

Aktual

13 Noyabr 2023, 11:18

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumat görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.

 

Ondan heroin aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR