Modern.az

“Doğru Yol” Partiyası artıq Müsavata birləşib” - AÇIQLAMA

“Doğru Yol” Partiyası artıq Müsavata birləşib” - AÇIQLAMA

6 Sentyabr 2013, 11:02

Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq sədr müavini Kəramət Salayev bildirib ki, Azərbaycanda yeni siyasi partiya yaradacaqlar. Onun sözlərinə görə, bu partiyanın adı “Doğru Yol” olacaq.

Qeyd edək ki, Azərbaycanda bu adda partiya 1990-cı illərdə də mövcud olub. 1993-cü ildə formalaşan həmin partiyanın təsisçisi və sədri keçmiş vitse-spiker, hazırda Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev idi. İndiki Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə həmin partiyada ideologiya məsələləri üzrə katib olub. Bəs Akif Nağı yeni yaranacaq partiyaya əvvəlki adın verilməsini necə qarşılayır?

Bu barədə Modern.az-a danışan keçmiş partiya funksioneri ilk olaraq öz fəaliyyətlərinə nəzərə salıb. “Tamerlan Qarayev Çinə səfir gedəndən sonra isə partiyanın fəaliyyəti zəiflədi. Partiyaya rəhbərliyi Rasim Musabəyov həyata keçirirdi. Bir müddətdən sonra isə partiyanın fəaliyyəti demək olar ki, söndü. 1995-ci ildə isə Doğru Yol Partiyası Müsavatla müqavilə bağladı və onun tərkibinə keçdi”.

A.Nağı qeyd edib ki, bir neçə dəfə “Doğru Yol”un adından istifadə edib təşkilat və qurum yaradanlar olub. “Buna mənim ciddi bir etirazım ola bilməz. Bu, boşalmış bir addır. Hamı belə addan istifadə edə bilər. Kəramət Salayevin partiya yaratmaq təşəbbüsünü normal qarşılayıram. Ona yalnız uğurlar arzulaya bilərəm”, – deyə QAT sədri bildirib.  

Aqşin Kərimov  
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir