İslandiyadakı vulkan püskürməsi üzündən iflic vəziyyətə düşmüş Avropa aeroportları yenidən fəaliyyətə başlayır. Modern.az BBC-yə istinadən xəbər verir ki, 5 günlük qadağadan sonra Avropa hava limanlarından təyyarə uçuşları bərpa olunub. Bu gün səhərdən ilk təyyarə uçuşları başlayıb.
Amsterdamdan Nyu-Yorka, Şanxay və Dubay reysi ilə 3 təyyarə uçub.Almaniyanın Lufthansa
hava yolları şirkəti bir neçə təyyarənin Frankfurta uçduğunu təsdiqləyib. Təyyarə uçuşlarının qismən Fransa və Belçikada bərpa olunacağı gözlənilir. Təyyarə uçuşlarına qoyulmuş qadağaların bu səhər Şotlandiyada, Şimali İrlandiyada və İngiltərənin şimalında da aradan qalxacağı gözlənilrdi. Lakin meteoroloqlar Britaniyaya doğru hərəkət edən yeni vulkan püskürməsi barədə məlumat yayıblar.
Avropa aviasiya sənayesi 5 günlük uçuşlara qadağı müddətində bir milyard dollordan artıq itki verib. Hava şirkətlərinin rəhbərləri daha fəal şəkildə uçuşların təhlükəsizlik dərəcələrinin öyrənilməsi işinin onların öhdəsinə buraxılmasını tələb edirlər. Avropa Birliyinin nəqliyyat nazirləri 5 günlük fasilədən sonra güzəştə gedərək uçuşlar üçün qadağan olunmuş zonaların azaldılmsına qərar veriblər.
Bir sıra Avropa ölkələrində Avstriya, Estoniya, Finlandiya, Macarstan, Türkiyədə hava limanları artıq fəaliyyət göstərir. Bu ölkələrin hakimiyyət orqanları vulkan püskürməsinin onlar üçün təhlükəli olmadığına qərar veriblər.