Modern.az

Müğənni Röyanın əri “boşandıq” xəbərini yaydı

Müğənni Röyanın əri “boşandıq” xəbərini yaydı

İqtisadiyyat

6 Sentyabr 2013, 17:15


Tanınmış müğənni Röyanın əri ilə rəsmi şəkildə boşandığı haqda xəbərlər yayılıb. Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə dolaşan xəbərlərdə bildirilir ki, müğənninin həyat yoldaşı uzun müddətdir ki, onların boşanacaqları söz-söhbətə son qoyub. Belə ki, Röyanın həyat yoldaşı Anar Cəlilovun özünün sosial şəbəkədəki səhifəsində bu barədə status yazaraq, artıq müğənni ilə münasibətlərinə son qoyduğunu bildirib.  

Anar Cəlilov İnstagram səhifəsində oğlu Hüseynin, özünün və Röya ilə birgə olan fotolarını paylaşıb.
Hətta Röya ilə olan birgə fotosunda özünü xüsusi proqramla “qocaldıb”.
Şəkillərdən birində isə A.Cəlilov yazılan şərhlərə cavab verib.
Ondan Röyanın harada olduğu soruşulub, cavabında “yoxdur, boşandıq”, - deyə şərh yazıb.
Anar Cəlilovun bu sözü zarafatla, ya ciddi yazdığı müzakirələrə səbəb olub.  










Gültəkin ƏLƏSGƏR

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı