Modern.az

Rusiya Suriyanın müdafiəsinə qalxdı

Rusiya Suriyanın müdafiəsinə qalxdı

7 Sentyabr 2013, 01:14

Vladimir Putin

 

Rusiya prezidenti Vladimir Putin Suriyaya hərbi müdaxilə ediləcəyi halda bu ölkəyə kömək edəcəklərini bildirib.O bu bəyanatını «Böyük 20-lər»in Sankt-Peterburq sammitinin sonunda keçirilən mətbuat konfransında açıqlayıb.

"Azadlıq" radiosunun məlumatına görə, Putin qeyd edib ki, "Suriyaya hərbi müdaxiləni dəstəkləyən ölkələrin əhalisi bizim tərəfimizdədir".

Bəlli olur ki, Putin «dəstəkləyən ölkələr» deyərkən, ABŞ, Kanada, Fransa, Türkiyə və Səudiyyə Ərəbistanını nəzərdə tutur.

Putin bu məsələni ABŞ prezidenti Barak Obama ilə sammitdə müzakirə etdiyini, amma ortaq mövqeyə gələ bilmədiklərini söyləyib. O, Rusiya, Çin, Hindistan, İndoneziya, Argentina, Braziliya, CAR və İtaliyanın Suriyaya hərbi müdaxilənin əleyhinə olduqlarını bildirib.

Rusiya prezidenti Suriya rejiminin kimyəvi silah işlətməsi ilə bağlı iddiaların yaraqlıların təxribatı olduğunu bir daha xatırladıb.

Suriyanı kimyəvi silah işlətməkdə günahlandıran ABŞ Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxiləyə təkid edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir