İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən “Elvan İrmak Qida Məhsulları” MMC barəsində şəkərli peçenye və qaletlərinistehsalı və satışı zamanı istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, adı çəkilən Dövlət Xidmətində müəssisənin nümayəndələrinin iştirakı ilə işə baxılaraq müvafiq qərar çıxarılıb. Belə ki, “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərinin pozulduğu sübuta yetirilməklə, yol verdiyi qanun pozuntusuna görə müəssisəyə 60,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
Modern.az