Modern.az

Sənədsiz silahlar polisə təhvil verildi 

Sənədsiz silahlar polisə təhvil verildi 

Aktual

19 Noyabr 2023, 20:41

Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

 

Tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 2 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi