Modern.az

Putindən “Qafqaz” BƏYANATI: “Bir sıra ölkələrin Rusiyaya qarşı destruktiv fəaliyyətilə üzləşmişik”

Putindən “Qafqaz” BƏYANATI: “Bir sıra ölkələrin Rusiyaya qarşı  destruktiv fəaliyyətilə üzləşmişik”

10 Sentyabr 2013, 11:15

“Biz bir sıra xarici ölkələrin Şimali Qafqaz regionunda Rusiya əleyhinə apardığı destruktiv fəaliyyətilə üzləşirik. Bu ölkələr yenə əvvəl olduğu kimi Şimali Qafqaza Rusiyada qeyri-sabitlik yaradacaq platsdarm kimi baxırlar”. Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin dünən Şimali Qafqaza həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Prezident vurğulayıb ki, bu dövlətlərin məqsədi bütün ölkədə sabitliyi pozmaq, iqtisadi zərbə vurmaq və Rusiyanın beynəlxalq arenada nüfuzunu məhdudlaşdırmaqdır.
“Biz bu cəhdlərin qarşısını almalı və adekvat cavab verməliyik”-deyə Putin qeyd edib.

Kremlin sahibi bildirib ki, xarici ölkələrin Qafqazdakı problemlərdən istifadə edərək Rusiyanın maraqlarına zərbə vurmaq cəhdlərinə qarşı effektli müqavimət göstərmək lazmdır.

“Şimali Qafqaz regionu Rusiyanın təhlükəsizliyi üçün fövqaladə dərəcədə vacib, ölkənin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən tarixi regiondur. Məhz burada bizim Qara dəniz və Xəzər dənizi daxil olmaqla bütün cənub strateji istiqaməti üzrə olan mövqeyimiz müəyyənləşir”. 

Şimali Qafqaz regionunda vəzifə sahiblərini sərt tənqid edən Putin burada xəzinə oğurluğunun və rüşvətin geniş yayıldığını deyib.
“Biz bundan sonra da Şimali Qafqazda insan haqları sahəsindəki pozuntulara sərt münasibətimizi bildirəcəyik”-deyə Putin vurğulayıb.  

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?