Modern.az

AFFA italiyalı baş məşqçini sabah istefaya göndərə bilər

AFFA italiyalı baş məşqçini sabah istefaya göndərə bilər

Aktual

21 Noyabr 2023, 14:20

AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə AFFA-dan bildirilib.

Noyabrın 22-də qurumun inzibati binasında təşkil olunacaq yığıncaq saat 10:00-da başlayacaq.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı dinləniləcək, italiyalı mütəxəssislə müqavilə müddətinin artırlıb-artırılmama məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, 2020-ci ilin avqustundan yığmaya başçılıq edən 67 yaşlı çalışdırıcının AFFA ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq.

Xatırladaq ki, Canni De Byazinin çalışdırdığı Azərbaycan milli komandası bir neçə gün öncə “Avro-2024”ün seçmə mərhələsinin qrup oyununda Belçikaya 0:5 hesabı ilə məğlub olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə