Modern.az

“Gəzi olayları”nın davamı – bir nəfər də öldü - FOTOLAR

“Gəzi olayları”nın davamı – bir nəfər də öldü - FOTOLAR

Dünya

10 Sentyabr 2013, 12:24

Türkiyədə ötən gecə baş verən aksiyada 22 yaşlı Əhməd Atakan başından aldığı zərbədən ölüb. Modern.az türkiyə mətbuatına istinadən bildirir ki, gəncin başına gözyaşardıcı qaz kapsulu dəyib. Hatay vilayətinin Antakya bölgəsində gerçəkləşən aksiya “Gəzi Parkı” hadisələrinə dəstək xarakteri daşıyıb.

CHP-nin Hatay üzrə mikllət vəkili Mövlud Dudunun gəncin yaxın məsafədən qaz kapsulu ilə vurulduğunu iddiasına qarşılıq polis fərqli münasibət bildirib. Polisin məlumatında Atakanın binanın çardağındakı günəş enerjisi panelini yerə atarkən yıxılaraq öldüyü qeyd edilir.

Gəncin ölüm xəbərini eşidən yaxınlarının da olduğu 300 nəfərlik qrup xəstəxana qarşısında polisə hücüm edib. Polis kütləni bibər qazı ilə dağıdıb. Hazırda bölgədə gərginlik davam edir.

Qeyd edək ki,  “Gəzi Parkı” hadisələrində Əhməd Atakan daxil olmaqla 6 gənc həyatını itirib.



  Elçin MURAD  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi