Modern.az

Zakir Qaralovun yenidən baş prokuror olması ilə bağlı təqdimat dəstəklənir

Zakir Qaralovun yenidən baş prokuror olması ilə bağlı təqdimat dəstəklənir

20 Aprel 2010, 14:58

Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində Prezident İlham Əliyevin Zakir Qaralovun yenidən baş prokuror postuna təyin olunması üçün göndərdiyi təqdimata baxılıb. Modern.az xəbər verir ki, komitə həmin təqdimatı dəstəkləyərək Milli Məclisin növbəti iclasında baxılması üçün tövsiyyə edib.

Xatırladaq ki, Z.Qaralovun baş prokuror kimi səlahiyyət müddəti aprelin 25-də bitir. O, 2000-ci il aprelin 25-dən Azərbaycan Respublikasının baş prokurorudur.  “Prokurorluq haqqında” qanuna edilən dəyişikliyə əsasən, Z.Qaralov yenidən bu vəzifəyə təyin oluna bilər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?