Modern.az

Yeni rusiyalı həmsədr İlham Əliyevə təqdim edilib

Yeni rusiyalı həmsədr İlham Əliyevə təqdim edilib

Təhsil

20 Aprel 2010, 16:05

Azərbaycan prezidenti İlham Əliyev bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu qəbul edib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub.

Görüşdə rusiyalı diplomat həmsədr qismində Azərbaycana sonuncu dəfə səfər etdiyini bildirib və Moskvanı Minsk qrupunda təmsil edəcək İqor Popovu prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Popov Rusiyanın Mozambikdəki səfiri olub. Bu saatlarda Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin də Bakıya gələcəyi gözlənilir. Fransalı həmsədr Bernar Fasye isə bu dəfə Azərbaycana gəlməyəcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü