Modern.az

Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı

Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı

23 Noyabr 2023, 09:28

Lənkəranda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

 

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb.

 

Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib.

 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə