Modern.az

Müharibə iştirakçısı olan məktəb direktoru qəfil ÖLDÜ

Müharibə iştirakçısı olan məktəb direktoru qəfil ÖLDÜ

23 Noyabr 2023, 10:00

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

 

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə