Modern.az

Saakaşvili: “Rusiya postsovet ölkələrində mövcud hakimiyyətləri devirməyə çalışır”

Saakaşvili: “Rusiya postsovet ölkələrində mövcud hakimiyyətləri devirməyə çalışır”

20 Aprel 2010, 17:51

“Ukraynadakı yeni prezident seçkilərinin və Qırğızıstanda hadisələrin  inkişafının arxasında Rusiya dayanıb”. Modern.az xəbər verir ki, bu barədə Amerikada səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.  Saakaşvili hesab edir ki, bütün bunlar Rusiyanın postsovet respublikalarında mövcud hakimiyyətlərin devrilməsi cəhdləridir. Saakaşvili bəyan edib ki, Rusiyanın düşmən münasibətinə baxmayaraq, Gürcüstan demokratiya quruculuğunu inkişaf etdirir və bundan sonra da inkişaf etdirəcək. Onun sözlərinə görə, Gürcüstan ərazilərinin 20 faizi rus qoşunları tərəfindən zəbt olunub. “Bizim demokratiya təhlüksizlik təmin olunmadan inkişaf edə bilməz, lakin təhlükəsizlik də demokratiya olmadan təmin oluna bilməz”,-deyə Saakaşvili bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi