Modern.az

“Azəriqaz”da müşavirə keçirilib

“Azəriqaz”da müşavirə keçirilib

Təhsil

20 Aprel 2010, 18:47

Bu gün ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində Bakı şəhəri rayonlarının Qaz Istismar sahələrinin, yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına texniki qulluq xidməti rəhbərlərinin, texniki təhlükəsizlik mühəndislərinin və qeyd olunan xidmətlər üzrə digər məsul şəxslərin iştirakı ilə müşavirə keçirilib. Toplantı yeni yaşayış massivlərindəki qaz xətlərinə, mənzildaxili qaz təsərrüfatına texniki baxış və profilaktik qulluq məsələlərinə həsr olunub.

ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, “Azəriqaz”ın təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssisləri ilə müşavirə iştirakçıları arasında fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərlə bağlı tövsiyyələr verilib. Əməkdaşlara tapşırılıb ki, yaşayiş məntəqələrində mənzildaxili qaz təsərrüfatına texniki qulluq zamanı ilk növbədə abonentlərin təhlükəsizliyi təmin olunmalı və əhaliyə təbii qazdan istifadə zamanı təhlükəsizlik texnikası qaydaları haqqında təlimat verilməlidir. Müşavirənin sonunda Bakı şəhərinin rayonları üzrə texniki təhlükəsizlik qaydalarına aid bukletlər paylanıb.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi