Modern.az

“Kaçinski dəfn olunanda Barak Obama qolf oynayırdı”

“Kaçinski dəfn olunanda Barak Obama qolf oynayırdı”

Təhsil

20 Aprel 2010, 20:15

İslandiyadakı vulkan püskürməsinə görə Polşa prezidenti Lex Kaçinskinin dəfn mərasimində iştirak edə bilməyən Amerika prezidenti Barak Obama ötən bazar günü - mərhum prezident və onun xanımı Mariya Kaçinski dəfn olunan gün qolf oynamağa yollanıb. Modern.az Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, Barak Obama heç Vaşinqtondakı Polşa səfirliyinə da baş çəkməyib. Ondan fərqli olaraq dövlət katibi Hilari Klinton və vitse-prezident Co Bayden səfirliyə gələrək başsağlığı  kitabına öz ürək sözlərini yazıblar.

Ağ evdən bildirilib ki, dəfn günü prezidentin qrafikində hər hansı rəsmi tədbir nəzərdə tutulmayıb və o,  Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasına qolf oynamağa gedib. Məlumatı “Vaşinqton-tayms” yayıb. 

Xatırladaq ki, keçmiş prezident Corc Buş qolf oynamaqdan imtina edib. O bunun səbəbini İraqda həlak olmuş amerikalı əsgərlərin ailələrinə həmrəylik nümayiş etdirməklə izah edib. “Mən istəmirəm ki, oğlu müharibədə həlak olmuş ana ölkənin silahlı qüvvələrinin ali baş komandanını  qolf oynayan görsün”-deyə Buş bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi