Modern.az

3 minədək Quran kitabını yandırmaq istəyən keşiş həbs olundu

3 minədək Quran kitabını yandırmaq istəyən keşiş həbs olundu

12 Sentyabr 2013, 11:07

Amerikanın Florida ştatında qalmaqalları hərəkətləri ilə yadda qalan keşiş Terri Cons həbs olunub. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı keşiş sentyabrın 11-də axşam Tampa Bey şəhərində 2998 nüsxə Quran kitabını nümayişkaranə şəkildə yandırmaq istəyib.

Florida polisi Consu ona məxsus olan yük maşınında həbs edib. Maşında üstünə kerosin tökülmüş kitablar aşkarlanıb.

ABŞ-ın Florida ştatındakı Dünya Sosial Yardımlaşma adlı kilsənin rahibi olan Cons İslam dininə qarşı nifrət bəsləyir. Terri Consun rəhbərlik etdiyi icmanın üzvləri  2011-ci il martın 21-də müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi  ictimai şəkildə yandırıblar.

Terri Consun Quran kitabını yandırması nəticəsində müsəlman ölkələrində onlarla insanın ölümü ilə nəticələnən toqquşmalar baş verib. Hətta Liviyanın Benqazi şəhərində Amerikanın bu ölkədəki səfiri və daha üç əməkdaşı öldürülüb.

 Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?