Modern.az

Brilliant Dadaşova: “Yaxın dostum həmişə mənim doğum günümdə ağlayır”

Brilliant Dadaşova: “Yaxın dostum həmişə mənim doğum günümdə ağlayır”

12 Sentyabr 2013, 12:08


Sentyabrın 15-də xalq artisti Brilliant Dadaşovanın ad günüdür. Telekanallar sənətkarın ad günü ilə əlaqədar  proqramlar hazırlayıblar. Sentyabrın 15-də Brilliant xanımın iştirakı ilə ANS telekanalında “Benefis” ilk biraxılışı efirə gedəcək.

Sentyabrın 14-də o, İctimai televiziyanın səhər proqramına dəvətlidir. Sentyabrın 15-də isə bu kanalın efirində onun “Sizlərə məhəbbətlə” adlı tele konserti efirə gedəcək. Həmin gün Azərbaycan televiziyasında Brilliant xanımın Heydər Əliyev adına sarayda keçirilən konsertin videoyazısı efirə gedəcək.

Yeri gəlmişkən, sənətçi dünən adıçəkilən kanalın “Səhər” proqramında qonaq olub. Sualları cavablandıran Brilliant xanım deyib ki, yaxın dostu müğənni Zülfiyyə xanım həmişə onun doğum günündə ağlayır. Sənətkar etiraf edib ki, özü də doğum günündə daha romantik və sentimental olur: ”Uşaqlıqda keçirdiyim ad günlərim gözlərim önündə canlanır”.

Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir