Modern.az

Türkiyə parlamentində Ana Yasa dəyişiklikər paketi səsə qoyulub

Türkiyə parlamentində Ana Yasa dəyişiklikər paketi səsə qoyulub

Dünya

21 Aprel 2010, 10:11

Türkiyə Konstitusiyasında dəyişikliklərə dair təkliflər paketinin 5 maddəsi parlamentdə təmsil olunan siyasi partiyalar tərəfindən səsə qoyularaq qəbul olunub. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, təkliflər paketini 333 deputat dəstəkləyib. 70 deputat paketə etiraz edib, bir nəfər səsvermədə iştirak etməyib. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası, Demokrat Sol Partiya və Böyük Demokrat Partiyası səsvermədə iştirak etməyib. AKP və MHP ilə yanaşı bəzi müstəqil millət vəkilləri səsvermədə iştirak ediblər.  Beləliklə də ilk səsvermədə 5 maddə 70 səsə qarşı 333 səslə qəbul olunub.

 

Bu arada CXP səsvermə prosedurunun pozulması faktına diqqət çəkib. CXP qeyd edir ki, gizlin səsvermə proseduru pozulub. Müxalifət partiyası səsverməyə etiraz olaraq şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib. CXP səsvermənin ləğv olunmasını tələb edib. Bəzi MHP-li millət vəkilləri də CXP-yə dəstək nümayiş etdirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!