Modern.az

Amerikalı senator:“Azərbaycan ABŞ üçün vacib ölkədir”

Amerikalı senator:“Azərbaycan ABŞ üçün vacib ölkədir”

21 Aprel 2010, 13:04

Azərbaycan ABŞ və regional sabitlik üçün vacib ölkədir. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Amerika senatoru Kirsten Gillibrand  bildirib. O, Amerika tərəfin Azərbaycanın inkişafına investisiyaları artırmaq niyyəti barədə danışıb.

“Senatın Beynəlxalq Münasibətlər Komitəsinin üzvü olaraq mən Azərbaycanın ABŞ və regional sabitlik üçün strateji vacibliyini etiraf edirəm. Bu səbəbdən mən sabitliyin, demokratiyanın və açıq bazar iqtisadiyyatının dəstəklənməsi üçün Amerika tərəfindən investisiya qoyuluşlarının lehinə çıxış edirəm”- deyə senator ABŞ Azərbaycanlıları Şəbəkəsi qeyri-hökumət diaspor təşkilatının üzvlərindən birinin məktubuna cavab məktubunda bildirib.

“Amerika hökuməti və Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu respublikaya dəyərli dəstək göstərirlər və gələcək investisiyalar üçün yeni yolların araşdırılmasını davam etdirəcəklər”, - deyə o əlavə edib.

Senator qeyd edib ki, 2010-cu fiskal il üçün hazırlanmış qanun layihəsi həmçinin hərbi ehtiyaclara görə Azərbaycana $25 mln. həcmində yardımı nəzərdə tutur.

Bundan əlavə, K.Gillibrand Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yollarının axtarışında Amerika administrasiyasının səylərini izləməyə davam edəcəyinə söz verib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı