Modern.az

Məhkəmələrdə protokol tərtib etmək səlahiyyəti olan şəxslərin siyahısı dəyişdi

Məhkəmələrdə protokol tərtib etmək səlahiyyəti olan şəxslərin siyahısı dəyişdi

4 Dekabr 2023, 13:24

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmana “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda əlavə edilib:

 

“9-1. Məcəllənin 184.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

 

9-1.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası adından – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri;

 

9-1.2. vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat