Modern.az

Futbol tarixinin 10 ən bahalı transferi - SİYAHI

Futbol tarixinin 10 ən bahalı transferi - SİYAHI

14 Sentyabr 2013, 12:22


Sentyabrın 1-i “Real Madrid” futbol klubu Uels yığmasının və “Tottenhem” klubunun yarımmüdafiəçisi Qarret Beylin transferi barədə rəsmi məlumat verdi. Dünyanın ən bahalı transferi “Real” büdcəsinə 101 milyon avroya başa gəlib.

Modern.az transfer bazarının digər 9 ən bahalı transferlərini təqdim edir.

2013-cü il mayın 27-də Braziliyanın “Santos” klubu əsas oyunçusu Neymar da Silvanı İspaniyanın “Barselona” futbol klubuna satdı. Transferin dəyəri 57 milyon avro olub.

2011-ci ilin fevralında “Çelsi” klubu İspaniya yığmasının və “Liverpul” klubunun hücumçusu Fernado Torresi 58,5 milyon avroya transfer edib.

2010-cu ildə Portuqaliya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Luiş Fiqu 60 milyon avroya “Real”a transfer olub.

2013-cü ilin mayında isə “Monako” klubu “Atletiko” klubunun və Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonu satın alıb. Buna görə klub rəhbərliyi 60,5 milyon avrosundan keçməli olub.

2013-cü ilin iyulunda isə uruqvaylı hücumçu Edison Kavani “Paris Sen Jermen” klubuna transfer olub. Onun transferindən “Napoli” klubu 64,5 milyon avro əldə edib.

2009-cu ilin iyununda braziliyalı hücumçu Kaka İtaliyanın “Milan” komandasından kral klubu “Real Madrid”ə transfer oldu. Buna görə italyanlar 65 milyon avro əldə etdilər.

2009-cu ilin iyununda isə isveçli forvard Zlatan İbrahimoviç “Barselona” ilə 5 illik müqavilə imzaladı. Əvvəlcə, “İnter” klubunda çıxış edən İbrahimoviç transferi sayəsində sabiq klubuna 69,5 milyon avro gəlir gətirdi.

2001-ci ildə dünya futbolunun əfsanələrindən sayılan Zinəddin Zidan “Yuventus” klubundan “Real” (Madrid) klubuna transfer oldu. Dövrünün ən bahalı transferi sayılan bu sövdələşmə “Real”a 73,5 milyon avroya başa gəlib.

2009-cu ilin iyulunda isə portuqaliyalı Kriştianu Ronaldu “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer oldu. Transferin məbləği – 94 milyon avro. Bu transfer həm də son vaxtlara qədər daha dəqiq desək Qarett Beylin transferinə qədər futbol bazarının ən böyük sövdələşməsi sayılırdı. Ronaldu ən bahalı futbolçu titulunu itirsə də, şərəfini qoruduğu “Real” klubu “ən səxavətli klub” ünvanını özündə saxladı.

Vüqar İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı