Modern.az

Azərbaycan nümayəndə heyəti bu axşam "Yeni Əsr" TV-nin qonağı olacaq

Azərbaycan nümayəndə heyəti bu axşam "Yeni Əsr" TV-nin qonağı olacaq

21 Aprel 2010, 15:04

Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə sabah Türkiyənin İzmir şəhərində ermənilərin Azərbaycan və Türkiyə ərazilərində törətdikləri soyqırım cinayətlərini ifşa edən fotosərgi və digər tədbirlər keçiriləcək. Türkiyə Qəzetçilər Federasiyasının da dəstəklədiyi tədbirlərdə iştirak edəcək Azərbaycan nümayəndə heyəti aprelin 21-də qardaş ölkəyə gedib.

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bu gün Türkiyə vaxtı ilə saat 21.00-da qardaş ölkənin “Yeni əsr” telekanalında çıxış edəcək. Nümayəndə heyəti “Yeni Əsr” TV-de “Yeni Əsr” qəzeti yazı işləri müdiri Müzəffər Oktay ve Türkiye Qəzetçilər Federasiyasının baş katibi Atilla Sertelin hazırladıqları “Qəzetçilər” proqramının qonağı olacaq.

 

Xatırladaq ki, nümayəndə heyətinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, qurumun üzvü Əliməmməd Nuriyev, mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?