Modern.az

Türkiyədə siyasi partiya abreviaturasını YENİLƏDİ

Türkiyədə siyasi partiya abreviaturasını YENİLƏDİ

Dünya

11 Dekabr 2023, 13:40

Türkiyədə kürdyönümlü müxalif partiya - Xalqların Bərabərlik və Demokratiya Partiyası (Halkların Eşitlik ve Demokrasi Partisi - HEDEP) abreviaturasını yeniləyib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb rəsmi orqanlar tərəfindən hazırkı abreviatura ilə əvvəllər qapadılmış HADEP arasındakı bənzərliyin aradan qaldırılması ilə bağlı tələbi olub.

 

Buna görə də partiya adını dəyişməsə də, ad qısaltması olan abreviaturasını dəyişib. Belə ki, Xalqların Bərabərlik və Demokratiya Partiyası bundan sonra HEDEP yox, DEM Partiya (DEM Parti) abreviaturasından istifadə edəcək.

 

Qeyd edək ki, bundan əvvəlki adı Yaşıllar və Sol Gələcək Partiyası (Yaşıl Sol Partiya - YSP) olan siyasi təşkilat son parlament seçkilərində iştirak edib. Hazırda parlament fraksiyası fəaliyyət göstərir. YSP qapadılma ehtimalı olan Xalqların Demokratik Partiyasının (HDP) namizədlərini öz proporsional siyahısından namizəd göstərmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?