Modern.az

Prezidentliyə namizədlər bu gün İTV-də debata çıxacaqlar

Prezidentliyə namizədlər bu gün İTV-də debata çıxacaqlar

Aktual

17 Sentyabr 2013, 09:37

Modern.az saytı xəbər verir ki, prezident seçkilərində iştirak edəcək namizədlər bu gün axşam ilk dəfə pulsuz efir vaxtından istifadə etməklə İctimai Televiziyada çıxış edəcəklər.

Püşkatmaya görə, namiz'dlərin çıxış ardıcıllığı belə olacaq:

1. Zahid Orucov.
2. İlham Əliyev.
3. İqbal Ağazadə
4. İlyas İsmayılov
5. Hafiz Hacıyev
6. Fərəc Quliyev
7. Sərdar Cəlaloğlu
8. Araz Əlizadə
9. Qüdrət Həsənquliyev
10. Cəmil Həsənli.

Qeyd edək ki, namizədlərə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxt ayrılıb.
Televizyada pulsuz efir vaxtı namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə ediləcək.

Pulsuz efir vaxtı zamanı dəyirmi masalar formasında müzakirələr aparılacaq. Televizyada çıxışlar saat 19:00-dan 20:00-dək, radioda isə saat 21:00-dan 22:00-a qədər olacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar