Modern.az

Kinoteatr 13 yaşlı bakılı qızı Londona göndərir

Kinoteatr 13 yaşlı bakılı qızı Londona göndərir

17 Sentyabr 2013, 10:03

Bu günlərdə ölkənin ilk kinoteatrlar şəbəkəsi Park Cinemanın ən böyük kinoteatrında daha bir unudulmaz əyləncə proqramı təşkil olunub. Yay tətilinin sonuncu günü “One Direction” populyar Britaniya qrupuna pərəstiş edən gənclər üçün yadda qalan bir günə çevrildi. Elə həmin gün kinoteatrın elan etdiyi “This is us!”müsabiqənin qalibi müəyyən olunub. Xatırladaq ki, avqustun 30-u “One Direction – This is us!” sənədli filmin premyerası günü Park Cinema qrupun fanatları üçün əsl bayram təşkil etmiş və yay mövsümünün ən unudulmaz müsabiqəsini elan etmişdi. Müsabiqənin qalibi isə “One Direction” qrupunun Londonda keçiriləcək konsertində iştirak etmək imkanını qazanacaqdı. Qalib 13 yaşlı Bədəlli Məryəm seçilib. O, Londona konsertə getmək və bu qrupun ifasını canlı dinləməyin onun üçün inanılmaz və əlçatmaz röya olduğunu söyləyib.
Tədbirdə şən əhval-ruhiyyə və rəng qatan DJ Pancho-nun təqdimatında qrupun kompozisiyaları, maraqlı oyunlar və gənclərin rəqsi oldu.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda şəbəkə 12 zal və 2000-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən //www.facebook.com/ParkCinema əldə etmək olar.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?