Modern.az

“Mingəçevirlilər kreditləri ödəyə bilmir” - Bunu həm deputat, həm də jurnalist deyir

“Mingəçevirlilər kreditləri ödəyə bilmir” - Bunu həm deputat, həm də jurnalist deyir

17 Sentyabr 2013, 10:09


Modern.az
“Rayonlardakı vəziyyət: deputat və jurnalist danışır ” layihəsini davam edir. Bu dəfə seçilən bölgə Mingəçevirdir. Burada olan problemlər haqqında 47 saylı seçki dairəsindən seçilmiş deputat Aydın Mirzəzadə və əslən Mingəçevirdən olan “Zaman-Azərbaycan” qəzetinin bölgə müxbiri Esmira Hidayətova danışır.

“Özüm Mingəçevirdə böyüdüyüm üçün daim orada olan prosesləri izləmişəm. Azərbaycanın digər bölgələri kimi, Mingəçevir də inkişaf edir. Cənab prezidentin buraya aprel ayında səfəri olub. Ondan sonra da bu bölgədə ciddi dəyişikliklə olub. Ancaq bu bölgədə bəzi problemlər də var. Mingəçevir sənaye şəhəri kimi tanındığı üçün daima orada kişilər üçün müəssisələr tikilib. Ancaq qadınların işləməsi üçün  yeni iş yerlərinin açılmasına ehtiyac var. Seçicilərin narahat olduğu bir digər mövzu da ipoteka ilə bağlıdır. Çünki burada mənzillər üçün qoyulan kreditlərim əhali ödəyə bilmir. Şərtlərin dəyişdirilməsinə və daha uyğun bir şəklə salınmasına ehtiyac var”, – deyə Aydın Mirzəzadə bildirib.

Jurnalist Esmira Hidayətova isə bildirir ki, Mingəçevirin ən çox inkişafından danışmaq olar. “Azərbaycanın hər bir bölgəsi kimi Mingəçevir də günü-gündən inkişaf edir. Şəhərdə bir çox sahə üzrə mühüm irəliləyişlər nəzərə çarpır. Xüsusilə təhsil sahəsində bu ilki uğurlarımız diqqətə layiqdir. 600 baldan yuxarı nəticə göstərən 18 nəfər qızıl medala layiq görülüb. 2 nəfər isə 700 bal yığıb. Burada elə də böyük problem yoxdur. Deputat Aydın Mirzəzadə tez-tez seçiciləri ilə görüşür, onların problemləri ilə maraqlanır və əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Mən də həmin tədbirlərdə iştirak edirəm.

Mingəçevirin başlıca problemi işsizlik problemidir. Daha çox gənclərimiz işsizlik ucbatından əziyyət çəkirlər. Yeni iş yerlərinə tələb var. Bundan başqa ipoteka kreditlərinin verilməsi ilə bağlı problemlər yaşanır. Yeni ailə qurmaq istəyən gənclərimiz ipoteka kreditlərinin güzəştli formada olmasını istəyirlər. İnanıram ki, bununla bağlı müəyyən tədbirlər görüləcək“.

 

Ulduz İBRAHİMOVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?