Modern.az

Erməni təhdidinə məruz qalan 2 azərbaycanlı Paris Prokurorluğuna yeni şikayət verib

Erməni təhdidinə məruz qalan 2 azərbaycanlı Paris Prokurorluğuna yeni şikayət verib

17 Sentyabr 2013, 10:19


“Biz yenidən Paris Prokurorluğuna şikayət ərizəsi təqdim edirik”. Bu sözləri Modern.az-a açıqlamasında Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib. O bildirib ki, budəfəki şikayət ərizəsi əvvəlkindən fərqli olacaq.

“Çünki bu dəfə işlə bağlı müstəntiq təyin olunacaq, vəkillərimiz bütün istintaq haqqında hər an məlumatlandırılacaq və gedişata təsir edə biləcəklər. Bu məsələ təkcə bizim deyil, bütün azərbaycanlıların məsələsidir. Azərbaycanın Fransadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə mütəmadi olaraq maraqlanır, öz dəstəklərini əsirgəmirlər. Ümid edirik ki, bizə təcavüz edənlər tapılacaq və cəzalandırılacaq”.

Qeyd edək ki, bu il fevralın 26-da Fransa Milli Məclisində ermənilər tərəfindən təcavüzə məruz qalmış 2 azərbaycanlı diaspor üzvi – Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovla bağlı Paris Prokurorluğu dəyərli sübutların olmadığını bəhanə gətirərək işə xitam verib. Bununla bərabər zərərçəkənlərin vəkilləri Şarl Morel və Anri Boröqarin istintaqın gedişiatı ilə bağlı məlumat əldə etmək imkanları olmayıb.

 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?