Modern.az

İctimai Birlik Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı maarifləndirmə aparır

İctimai Birlik Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı maarifləndirmə aparır

17 Sentyabr 2013, 11:12

“İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın 2013-cü il üçün  QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı keçirdiyi  ikinci müsabiqə çərçivəsində əldə etdiyi maliyyə dəstəyilə “Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29.06.2012-cü il tarixdə qəbul edilmiş (392-IVQ(M)) Şəhərsalma və Tikinti Məcəlləsi” ilə bağlı  əhaliyə zəruri hüquqi biliklərin aşılanması” adlı layihənin icrasına başlayıb.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun icra etməyə başladığı bu layihənin həyata keçirilməsində məqsəd, əhalinin tikinti və şəhərsalma üzrə müvafiq qanunvericiliklə bağlı maarifləndirilməsi və bu sahədə rast gəlinən  problemlərin həlli işinə töhfə vermək, vətəndaş cəmiyyətinin fəal qismini bu prosesə qoşmaq yolu ilə dövlət, vətəndaş və QHT-lərin həmrəyliyinə nail olmaqdır. 

İctimai Birlikdən verilən məlumata görə, layihənin icrası gedişində və onun nəticələrindən müvafiq dövlət qurumları, insan hüquqlarının qorunması sahəsində çalışan mütəxəssislər, QHT-lər, elm və təhsil təşkilatları, vətəndaşlar, sahibkarlar, bu sahə üzrə xüsusi tədqiqatlar aparan və mühazirələr oxuyan lektorlar, ekspertlər, müəllimlər,  tələbələr və s.geniş şəkildə yararlana biləcəklər.

Layihə çərçivəsində Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi zamanı meydana çıxan və əhalini daha çox narahat edən məqamların müəyyənləşdirilməsi və təsnifatlaşdırılması, eləcə də qanunun icrası zamanı daha çox  önə çıxan problemləri üzə çıxarmaq məqsdilə 200 respondenti əhatə edən sosioloji sorğular (anket sorğusu – qapıdan qapıya prinsipi və interaktiv – telefon sorğusu) keçirmək, "Xəzər" TV-də sözügedən sənəd və onunla bağlı olan  digər müvafiq hüquqi normativ aktların tətbiqinə həsr olunmuş televiziya verilişinin  təşkil edilməsi nəzərdə tutulur.

Layihənin icrası dövründə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və icrası zamanı meydana çıxan boşluqların müəyyənləşdirilməsi məqsədilə  bölgədən seçilmiş Azərbaycan Respublikasının Milli Məclisinin deputatının internet üzərindən virtual və  yerli deputat ofisində qəbullarının təşkili də gerçəkləşdiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir