Modern.az

“Anar müəllim nə zaman desə, necə desə, elə də olacaq” - Yazıçılar Birliyinin ümumi rəyi

“Anar müəllim nə zaman desə, necə desə, elə də olacaq” - Yazıçılar Birliyinin ümumi rəyi

17 Sentyabr 2013, 11:17

Yazıçılar Birliyinin noyabr ayına nəzərdə tutulan qurultayı dekabra qaldı. AYB-nin sözçüsü Ədalət Əsgəroğlu bunun ümumi qərar olduğunu bəyan edib. Modern.az-a açıqlamalarında Birlik rəsmiləri bu iddianı təsdiqləyirlər.

Elçin Hüseynbəyli (yazıçı, “Ulduz” jurnalının baş redaktoru): “Qurultayda Anar müəllimin sədrliyini müzakirə edəcəyik. Anar müəllim sədr olarsa, burda dəyişikliyin olması qaçılmazdır. Hamı onu gözləyir. Anar müəllim deyil, kənardan başqa adam da gələrsə, yenə də dəyişiklik mütləq olmalıdır. Mən düşünürəm ki, katiblik daha dinamik olmalıdır. Müxtəlif proyektlər həyata keçirilməlidir. “Ulduz” jurnalı daxil olmaqla qəzet , dərgilərdə müsbət dəyişiklik yaradılmalıdı. Bir az çeviklik yaranmalıdır. Bundan çıxmaq lazımdır”.

Qəşəm Nəcəfzadə (AYB-nin uşaq ədəbiyyatı şöbəsinin rəhbəri): “Mənə elə gəlir ki, hər şey yaxşı olacaq. Hər şey ədəbiyyatın xeyrinə olacaq. Şübhəsiz ki, indi mən öz ehtimallarımı deyə bilmərəm. Mən bu işlərdən xəbərsiz adamam. Öz şöbəmizin işlərinə gələndə isə istərdim ki, uşaq ədəbiyyatına aid jurnal da olsun. Mən bunu Anar müəllimə demişəm. Qurultaydan sonra ola bilər. Yazıçılar Birliyinin uşaq ədəbiyyatına aid pul mükafatının da olmasını istərdim. Daha sonra Kukla teatrı ilə bizim uşaq şöbəsinin qarşılıqlı əlaqələri olsun. AYB-nin mükafatdan əlavə ölkə miqyasında uşaq ədəbiyyatı üzrə xüsusi bir nominasiyas; olsun”.

Sayman Aruz (AYB-nin Güney ədəbiyyatı şöbəsinin rəhbəri): “İndi hamımız qurultayın vaxtını gözləyirik. Anar müəllim nə zaman desə, o vaxt da qurultay olacaq. Müsbət dəyişikliyin olmasına çox inanırıq. Bəlkə də qurultatın ləngiməsinin səbəbi müəyyən müsbət dəyişiklərin götür-qoy edilməsinə görədir. Bu  məsələlərə nikbin baxmaq lazımdır”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir