Modern.az

Bakı-Quba yolunda dəhşətli qəza- 5 nəfər öldü

Bakı-Quba yolunda dəhşətli qəza- 5 nəfər öldü

17 Sentyabr 2013, 11:21

Bakı-Quba yolunda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. 

Avtomobillərin sürücüləri və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı