Modern.az

Prezident 3 saylı “ASAN xidmət” mərkəzinin açılışında - FOTOLAR

Prezident 3 saylı “ASAN xidmət” mərkəzinin açılışında - FOTOLAR

Təhsil

17 Sentyabr 2013, 12:13

Sentyabrın 17-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzlə tanış olub. AzərTAc-ın məlumatına görə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək.

Mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək. Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək.

Mərkəzdə əlillər üçün də imkan yaradılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə döşəməyə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb.

Mərkəzdə Azərbaycan prezidentinə “ASAN imza” sertifikatı və “ASAN imza” simkartı təqdim edilib.













Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?