Modern.az

Milli Şuranın müraciətinə Hacıbala Abutalıbov özü baxacaq

Milli Şuranın müraciətinə Hacıbala Abutalıbov özü baxacaq

17 Sentyabr 2013, 12:30

Milli Şuranın 22 sentyabr mitinqi ilə bağlı müraciətinə Bakı şəhər İcra hakimiyyətindən reaksiya gecikməyib. İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən Modern.az-a mitinqlə bağlı Milli Şura tərəfində müraciətin daxil olduğu təsdiq edilib.

Meriyanın müxalifətə cavabı həmişəki kimi lokonik olub: “Müraciət daxil olubsa, baxılaraq müvafiq cavab veriləcək”.

Qeyd edək ki, Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 22-ə mitinq təyin edib. Mitinqin Yasamal rayonunda, metronun ”İnşaatçılar" stansiyasının yaxınlığında İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyətinə müraciət göndərilib. Mitinqə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü planlaşdırılır.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır